Banshun (1949) / az-maz spoiler

 

Rejissor: Yasujirô Ozu

Senarist: Kôgo Noda, Yasujirô Ozu, Kazuo Hirotsu

Rollarda: Chishû Ryû, Setsuko Hara, Yumeji Tsukioka və b.

Noriko atasıyla yaşayan ortayaşlı bir yapon qadınıdı. Müharibənin yeni-yeni rahat buraxdığı Yaponyada sadəcə bir-biri ilə yaşamağa çalışan ata və qızını görürük. Çox sadə səhnələr və dialoqlarla iki doğma insan arasındakı münasibəti göstərir bizə Yasujiro Ozu. Amma Noriko ilə Shukichi arasındakı əlaqələr hamımızın normal bir şey kimi qəbul eləyəcəyi əlaqələr deyil. Bu iki insan birlikdə uzun illər keçirmiş və bir-birlərinin hər bir hərəkətini mənimsəmiş ata və baladı. Bəlkə də film boyunca ən dolğun şəkildə gördüyümüz şey bu iki insanın bir-birinə olan bağlılığıdı.

late-spring-6
Sözün düzü, uzun müddətdi ki, bəzi filmlərdə, əsasən Azərbaycan, Yapon, və birazda İsveç filmlərində məni çox narahat eləyən şeylər var, heç gözləmədiyim anlarda olan ‘böyük’ təbəssümlər. “Late Spring”də də Norikonun üzündən bu gülüşlər əksik olmur. Amma film davam elədikcə və mövzular hər dəqiqə daha dəqiq bir şəkildə inkişaf elədikcə bu gülüşlər də kədərlə qarışmağa başlayır. Norikonun tək istəyi, bu həyatda özünə ən yaxın bildiyi bir insanla, atası ilə, ömrünün sonuna qədər yaşamaqdı. Ancaq hər şey bu istək qədər sadə olmur. Artıq bu ərəfələrdə Norikoya insanların, həyatlarını ancaq özləri və sevdiklərinə görə deyil həm də xarici faktorlardan asılı olaraq planladığı aydın olur.

Bibisi (Masa Taguchi) Norikonun evdə qalmasından qorxduğundan bütün hər şeyi özü idarə eləməyə çalışır.

Evlənmək və ailə həyatı qurmaq gənc yaşda hamıdan gözlənən bir şeydi. Və bu qəbul olunmuş qayda Norikodan da yan keçmədi. Atası ilə qalmaq üçün bütün fədakarlıqları eləyən Noriko üçün ən vacib olan şey atasının da eyni fədakarlığı göstərməsidi. Ancaq bu belə olmur. Birlikdə getdikləri bir oyunda atasının başqa bir qadınla ‘salamlaşması’ artıq bu bağlılığın, sədaqətin yox olmağa başladığını göstərir.late-spring-noriko-and-shukichi

Teatr səhnəsi Antonioninin “La Notte” filmində
olan restoran səhnəsinə çox oxşayır. Hər ikisində də uzun müddət bir yerdə yaşamış insanların arasında olan münasibətlər yavaş-yavaş necə dəyişiyini müşahidə eləyirik.

Filmin əvvəllərində Noriko ikinci dəfə evlənmiş tanışını elədiyi bu hərəkətə görə qınayır, amma indi eyni vəziyyətdə qalan atasıdı. O gedəndən sonra atasınında tək qalmaması üçün kiminləsə evlənməsi lazımdı. Bəs başqalarını elədiyi kimi onu da qınaya biləcək? Tək qalmasına razı ola biləcək? Noriko artıq bu haqda fikirlərini dəyişməyə başlayır. Tanışının ikinci həyat yoldaşı ilə görüşür və özünün səhv elədiyini başa düşür. Belə bir şeyə görə insanları ‘iyrənc’ deyə adlandırdığı üçün özünü qınayır. Fikirlərindəki bu dəyişiklik onu birazda evlilik məsələsi ilə maraqlanmağa sövq edir. Artıq atası da evlənə bilər, bu atasını onun gözündə iyrənc biri kimi olmasına səbəb olmayacaq.

Nəticədə, Noriko atasından ayrılmaq fikri ilə razılaşır. Ancaq hələdə onun başını qarışdıran bəzi şeylər var. Atasından ayrı yaşamaq ona və atasına xoşbəxtlik gətirə biləcək?

N: I want us to stay as we are. I don’t want to go anywhere. Being with you is enough for me. I am happy just as I am. Even marriage couldn’t make me any happier. I am content with this life.

S: but..

N: No, no. You marry if you want to, Father. I just want to be by your side. I am so fond of you. Being with you like this is my greatest happiness. Please, Father. Why cant we stay just as we are? I know marriage will not make me any happier.

S: That is not true. You will see. I am 56 years old. My life is nearing its end. But your life as a couple is just beginning. You are starting a new life one that you and your husband must build together, one in which I play no part. That is the order of human life and history. Marriage may not mean happiness from start. To expect such immediate happiness is a mistake. Happiness is not something you wait around for. It is something you create yourself. Getting married is not happiness. Happiness lies in the forging of a new life shared together. It may take a year or two, maybe even five or ten. Happiness comes only through effort. Only then you can claim to be man and wife. Your own mother wasn’t happy when we married. For years, we had our troubles. Many times I found her weeping in the kitchen. But she put up with me. You must believe in each other and love one another. All the love you have shown me must now be given to your husband. Do you see? From this a new happiness will be born…

Hər şey planlaşdırılan kimi olur, Noriko gözəl bir gəlin olur, öz həyat yoldaşı ilə yeni bir həyat qurmaq üçün atasından ayrılır. Və Shukichi öz evində tənha yaşamağa çalışır.

Bəs Noriko ilə atasının istədiyi bu idi?

late-spring-1

 

Advertisements

2 thoughts on “Banshun (1949) / az-maz spoiler

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s