Aku no Hana (Flowers of Evil) 

Bölüm sayı: 13
Janr: Drama, Psychological, Romance, School

Əsas personajımız Kasuga Takao əksər animedə olan özünə qapanıq, sakit tiplərdəndir və öyrəşdiyimiz kimi məktəbdə xoşuna gələn, amma heç cür etiraf edə bilmədiyi qız var,Saeki Nanako. Həmçinin Takao kitab oxumağı çox sevir, Charles Pierre Baudelaire (Şarl Pyer Bodler) Les Fleurs du mal (Şər çiçəkləri) ən sevdiyi, daima oxuduğu kitabdır. Elə animenin adı da burdan gəlir. Takao yaşadığı her yeri paslanmış qəsəbədə onu anlayan, onun kimi Bodler oxuyub, sevən insanlar olmadığı üçün yalnız hiss edir.
Bir gün dərsdən evə gedəndə kitabını sinifdə qoyduğu yadına düşür və geri qayıdır. Sinifdə Nanako`nun idman çantası qaldığını görür və özünə qarşı çıxa bilməyərək, hərəkətləri fikirləri ilə çarpışaraq çantanı açır və paltarları qoxulamağa başlayır, elə bu an kənardan səs eşidir, kiminsə gəlməsi qorxusu ilə çantanı götürdüyü kimi dayanmadan evə qaçır. Evə gələndən sonra nə etdiyini başa düşməyə başlayır. Amma artıq çox gecdir, çünki Nanako paltarının oğurlandığı barədə müəllimə şikayət etmişdir. Bu da bəs deyilmiş kimi sinifdə müəllimlər və uşaqlarla problem yaşayan Nakamura Sawa onun paltarları götürdüyünü görüb. Nakamura bu fürsətdən istifadə edərək Takao-nu hədələməyə başlayır, o da bu hadisələr üzə çıxmasın deyə Nakamura`ya boyun əyməli olur, beləcə Takao Nakamura`nın oyuncağına çevrilir, dərsdən sonra bütün günü onunla keçirməli olur, buna görə evə gecikir deyə ailəsi ilə problemlər yaşayır və etdiyi hərəkətə görə vicdan əzabı çəkir. Və beləcə yeniyetməmiz psixologiyası alt-üst olur.

İndi isə animeyə adını verən “Şər çiçəkləri”indən danışaq. Kitab 1857-ci ildə çap olunub və Bodlerin ən məşhur kitabıdır, hətta şair bu kitaba görə məhkəməyə cəlb olunub, Bodler isə buna “şairi şeirinə görə mühakimə etmək aktyoru oynadığı rolda törətdiyi cinayətə görə cəzalandırmağa bərabərdir” deyə cavab verib. Kitab 6 fəsildən ibarətdir: “Kədər və ideal”, “Paris lövhələri”, “Şərab”, “Şər çiçəkləri”, “Etiraz” və “Ölüm”. Şeirlərin əsas mövzusu kədər, melanxoliya, ümidsizlikdir, Bodler şeirlərində şərdə insanı cəzb edən, özünə çəkən gözəlliyi, günahın verdiyi həzzi təsvir edir. Şərin verdiyi həzz qəribədir, qarışıqdır və insanı özünə çəkir.

Yəqin, indi sizə də əsas personajımızın hərəkətləri müəyyən qədər aydın olmağa başlayır, günah onu cəzb edir, amma əzab da verir.

Animenin çəkilişi qəribədir? Nə olsun ki, 3 bölüm sonra öyrəşərsiniz.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s