Genji Monigatari Sennenki. [2009]

Bölüm sayı: 11
Janr: Drama, Historical, Josei, Romance

Hemçinin animenin 1987-ci il istehsalı olan anime filmi var.

Belə ki, anime Shikibu Murasaki-nin əsəri olan “The Tale of Genji” əsasında çəkilib, onu da deyim ki, bu əsər tarixdə ilk roman hesab olunur, Heian dövründə yazılıb və dövr haqqında xeyli məlumat almaq üçün gözəl vasitədir.

Hekayənin əsas qəhrəmanı imperatorun saray işçisinden olan oğludur, atası gələcəkdə ola biləcək problemlərin qarşısını almaq üçün ona Genji soyadını verir, “Genji”nin nə demək olduğunu mən də tam bilmirəm, amma deyilənə görə bu onu xalq təbəqəsindən biri edir. Anime Genji-nin sevgilərindən danışır, daha doğrusu ilk sevgisindən və heyatında olan digər qadınlardan. Kitabı oxumamışam deyə anime ile nə qədər uyğundur özüm deyə bilmərəm, amma oxuduğum rəylərə görə anime kitabdan bir qədər fərqlidir.

Hekayəyə səthi yanaşsaq, Genji-ni hər qarşılaşdığı qadınla sevişən, dövrünün Don Juanı adlandıra bilərsiniz, amma animedə onun da öz daxilində olan təzadları görəcəksiniz.

Paylaşdığım linkdəki mahnıları dinləsəniz, görəcəksiniz ki, animenin  əla soundtrackleri var. Personaj təsvirləri o dövrün Yaponiyasından bəhs edən təsvirlərə çox bənzəyir, həmçinin təbiət mənzərələri çox gözəl işlənib. Bunu demədən keçe bilməyəcəm, Genji-nin uşaqlıq təsvirini ilk görənde qız sanmışdım, sonradan öyrəşmək çox çətin gəldi.

Əgər romance sevirsinizsə, sevgi ile bağlı “yox,yox, bu qədər geniş ürəklilik olmaz” demirsinizsə, tarixi janrda izləyə biləcəyiniz məsləhətli bir animedir.

Və mütləq dinləniləsi playlist:

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s