Gündəlik həyata fərqli baxışlar 2

          Keçən yazıda  bəzi sevdiyim rəssamların əsərlərini sizlərlə paylaşmışdım.Eyni səhnə fərqli rəssamların əsərlərində bir-birilərindən xeyli fərqlənirdi.İstər istifadə etdikləri metodlar,istərsə də əsərə baxarkən yaşatdıqları hisslər tamamilə fərqli idi.Buna başqa sözlə, hər rəssam əsərə öz ruhunu, düşüncələrini qatıb deyə bilərik.Düşünürəm ki,rəsmlərə baxarkən hər bir kəsin keçirdiyi hisslər də fərqli olub.Mən də öz fikirlərimi rəsmlərlə birgə paylaşmışdım.Bu dəfə isə daha çox rəsmlərə üstünlük vermək fikrindəyəm.

          Demək olar əksər şəkil keçən dəfə haqqında danışdığım rəssamlara məxsusdur.Əlavə də var,əlbəttə.onlar barədə isə qısa qeydlərimi edəcəyəm. 🙂

Payızda Paris..

         Texnologiyanın sürətli inkişaf etdiyi bir dövrdə,gördüyümüz gözəlliklərin şəklini çəkmək elə də çətin deyil.Ama etiraf edək ki,belə şəkillər o an gördüyümüz mənzərəni,şəhərin ruhunu bu qədər gözəl əks etdirmir.

Jeff Rowland

tumblr_m3lg00uizm1qhttpto2_1280

Kal Gajoum

champs-elysees-terrasse-493-gain-jpg-1-thenew2c7ba95ac1a9dsc_3363

Leonid Afremov

1-paris-of-my-dreams-leonid-afremovimage             Paylaşdığım rəsmlərdən də göründüyü kimi yağışlı Paris küçələrinin hər rəssamda təsiri tamam fərqlidir.Jeff Rowlandın əsərinə ilk dəfə baxanda o yağışı,soyuğu hiss etmişdim ,bir an özümü orada-yağışın altında xəyal etmişdim.Düzdü,bunun üstündən hardasa  3-4 il keçib,ama necə bəyəndiyim və digər əsərlərin internetdə axtardığım yadımdadır.Demək olar, əksər rəsmlərində yağış belə gözəl təsvir olunub.Məhz buna görə də onu “yağışın rəssamı” adlandırırlar.Onun çəkdiyi  rəsmlərdə nə qədər həsrət,kədər ,soyuq əks olunursa Leonid Afremovun əsərləri bir o qədər rəngarəndir.Leonid Afremov  əlvan çalarlardan istifadə edərək payızın və yağışın insanlarda yaratdığı kədər hissini azaldır ,müəyyən qədər müsbət aura yaradır.

            Fikrimcə, Kal Gajoumun əsərində Leonid Afremovla müqayisədə daha çox durğunluq var və müəyyən qədər öyrəşdiyimiz payız abu-havasın hiss etdirir.Ama Jeff Rowlandla müqayisədə əsərlərində daha çox rəng çalarlarından istifadə edərək bu təəssüratı  müəyyən qədər azalda bilib.Bəlkə də rənglərə görədir ,bilmirəm,ama Kal Gajoumun bu rəsmləri məndə keçmiş dövr təəssüratı oyadır.

Şəhərin işıqları…

Gecənin qaranlığında yəqin ki, hər birimiz bu işıqlara tamaşa etmişik.Bir filmdə eşitmişdim qız deyir :”Hər işıq kimlərinsə həyatıdır .Nə həyatlar yaşanır bu an kim bilə bilər ki…”Paylaşacağım rəsmlərə baxanda ilk yadıma düşən bu sözlər olmuşdu…

Leonid Afremov

italy_harbor____leonid_afremov_by_leonidafremovleonid-afremov-color-24

Kal Gajoum

dsc_1969601986_505727612817004_947940643_n

Tənha…

Jeff Rowland

İlk olaraq bu şəkli paylaşmaq istədim.Yağış,payız qədər həsrəti,ayrılığı xatırladan bir şey varsa o da dəmiryol stansiyasıdır.Düzdü bəzən qovuşma səhnələri də olur.Pessimist yanaşmayaq.Yalnızlığın başladığı və ya bittiyi yer..Jeff Rowlandın bir sıra rəsmlərində stansiya təsvir olunmuşdur.Bu əsərdə olmasa da bəzi digər rəsmlərdə stansiyada saat təsvirləri də diqqəti cəlb edir.picture-jeff-rowland-station-rain-rain-two-meeting-man-woman-people-umbrellas-car-train-1

Rauf Canıbəyov

canibeyov143132

Andre Kohn

kohn-rougeetblanc

Stanislav Sidorov

large_sta1515ctylightreflection36x36x1-5-300

Leonid Afremov rain-princess

Öpüş

Gustav Klimpt

Paylaşdığım digər rəsmlərdən  fərqli olan  bu əsər Gustav Klimtin ən məşhur əsəridir.Əsərdə rəssamın öz həyat yoldaşını təsvir etdiyi söylənilir.Rəsmlərində qadın bədəninin təsvirinə üstünlük verən rəssamın bəzi əsərlərində saf qızıldan istifadə etdiyi də fərz edilir.Rəssamın əsərlərində dekorativ naxışlar  və müəyyən qədər zərif erotizm diqqəti cəlb edir.

the-kiss-19081

Andre Kohn

33

Leonid Afremov

249d460e703cf2a7cf899b126e7a85b91925_____leonid_afremov_by_leonidafremov-d3bqsly

Jeff Rowland

cc2122db-e6fc-4368-a375-ea7e910a1a59jeff-rowland-we-kissed-in-the-rain-jrwx0002-r

Bir birilərinə bənzər ama o qədər də fərqli bir çox əsər tapmaq olar.Yazının əvvəlində qeyd etdiyim kimi hamımızın baxdığı eyni yer ,eyni əşya ola bilər ,ama gördüklərimiz tamamilə fərqlidir.Bu,sırf baxdığımız mənzərəyə yox,yaşadıqlarımıza da aiddir.Çalışın optimist olun hər zaman.Həyatınıza baxdığınızda xarabalıq yoxsa gülüstanlıq görməyiniz sizin baxmağınızdan və etdiklərinizdən asılıdır,unutmayın!!!

                                                                                                                                Müəllif:Şəfəq Azadlı

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s