Gündəlik həyata fərqli baxışlar…

 

İnsanlar eyni yerə baxıb fərqli şeylər görə bilərlər.Nə gördüyümüz baxdığımız yer qədər bizim baxış bucağımızdan və nəyi görmək istədiyimizdən də aslıdır.

Rəssamlar isə baxmaqla kifayətlənməyib  gördüklərini öz əsərlərində əks etdirirlər.Nəticədə,ortaya bir-birindən fərqli rəsmlər çıxır.Bu zaman baxdığımız sırf mənzərə yox,eyni zamanda rəssamın duyğuları,onun gördükləridir.Bəzən adi bir səhnə,hətta bəyənmədiyimiz mənzərə onların gözündən baxdıqda bizə çox ecazkar görünür.

Sizin üçün çox sevdiyim bəzi rəssamların əsərlərini seçmişəm.Düşünürəm ki,bu əsərlər fikrimi daha gözəl ifadə etməyimə kömək olacaq.

Payız,yağış və cütlük…

alley_by_the_lake_2_by_leonid_afremov_by_leonidafremov-d8y1p7q

Düşünürəm ki,payızı sevməyən insan Leonid Afremovun əsərinə baxsa,o belə həmin məkanda olmaq,o yağışı,küləyi hiss etmək istəyər. Bu rəssamın əsərləri öz üslubu və rəng çalarları ilə yüzlərlə əsərin içərisində belə seçilir.Çəkərkən fırça yerinə palitra bıçağından istifadə etməsi onun əsərlərinə fərqli bir gözəllik verir.

552609_489832871073145_2065444577_n

Kal Gajoum da palitra bıçağı ilə çəkdiyi əsərlərlə məşhurdur.Palitra bıçağından müxtəlif formada istifadə edərək möhtəşəm əsərlər yaradan Kal Gajoum və Leonid Afremov özlərinəməxsus dəstixəttə malikdirlər.

 

daniel-dellorfano-tuttart-12


Daniel del Orfano üslubu ilə digər rəssamlar qədər diqqət çəkməsə də məhz bu əsərinə görə onu yazıma əlavə etmək qərarına gəldim.İlk dəfə əsərə baxarkən çox insanın diqqətini qırmızı çətir çəkir.Ama ,məncə,bu əsərin ən böyük gözəlliyi xüsusilə qadının üzündə əks olunmuş inam,sevgi və rahatlıqdır.İnsanda depressiv əhval oyadan havanın əks olunduğu əsərdə qırmızı çətirdən çox cütlüyün sevgisi ön plana çıxır.

artwork-by-andre-kohn-1

Sulu boya ilə çəkdiyi rəsmlərlə tanınan Andre Kohn əsərlərində ağ və boz çalarlara üstünlük verir.Bununla belə onun bəzi əsərlərində təzad rənglərə rast gəlmək olar.Sizinlə paylaşdığım rəsm də bu əsərlərdən biridir.Fikrimcə,yazıya əlavə etdiyim əsərlər içində baxarkən payızın soyuğu,bəzən insanda yaratdığı kədər,depressiv ehval bu rəsmdə daha çox hiss olunur.Bəlkə də rəssam qırmızı çətiri əlavə edərək bu təsiri müəyyən qədər azaltmaq istəyib.

gallery_1238302400

Stanislav Sidorovun əsərlərində payız,yağış,al-əlvan çətirlər geniş yer tutur.Yuxarıda qeyd etdiyim rəssamlarla müqayisədə Stanislav Sidorov bu əsərində elə də təzadlı rənglərdən istifadə etməmişdir.Əsərdə bir-birini tamamlayan çalarlar, çətirli cütlük ,islanmış yolda əks olunan göy üzü və küçə lampalarının işığı birlikdə gözəl kompozisiya yaradır.

a5ae84

Sonda isə sizlərlə azərbaycanlı həvəskar rəssam Rauf Canibəyovun əsərini paylaşmaq istəyirəm.Rəssamlığı çox sevən 30 illik cərrah heç bir rəssamlıq təhsili almasa da bir çox  gözəl rəsmlərin müəllifidir.

Ps:Təsvir olunan epizod eyni olsa da həm çəkərkən istifadə etdikləri rənglər,alətlər və üsullar ,həm də insanda yaratdıqları hisslər  tamam fərqlidir..Demək istədiyim tam da bu idi.:)

Həyatda çox şeyin yaxşı və ya pis olması bizim ona baxışımızdan aslıdır.Bəzi insanlar batan günəşin şüaları altında xarabalıqda belə gözəllik görür.İnsan da var gözünün qarşısındakı gözəlliklərdən bixəbər yaşayır.

Bu,sırf baxdığımız mənzərəyə yox,yaşadıqlarımıza da aiddir.Çalışın optimist olun hər zaman.Həyatınıza baxdığınızda xarabalıq yoxsa gülüstanlıq görməyiniz sizin baxmağınızdan və etdiklərinizdən asılıdır,unutmayın!!!

Ardı var…

Müəllif:Şəfəq Azadlı

Advertisements

6 thoughts on “Gündəlik həyata fərqli baxışlar…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s