Il Deserto Rosso (1964) / az-maz spoiler

Rejissor:Michelangelo Antonioni

Senarist:Michelangelo Antonioni, Tonino Guerra

Rollarda: Monica Vitti, Richard Harris, Carlo Chionetti

Tam fokuslanmamış şəkildə göstərilən fabrikalar, günlük iş rejimi, kirlədilən hava.
Düzü, filmə baxmağa qərar verəndə ağ-qara bir film olacağını düşünürdüm, amma tam əksinə rənglərin həddindən artıq nəzərə çarpdığı bir filmlə qarşılaşdım. Bəlkə də fikirlərini çatdırmaq üçün bu dəfə rejissora ağ-qaradan kənarda hamımızın günlük həyatında bir parça təşkil edən rənglər lazım olub.

red desert 4
Il Deserto Rossa filmində, modern həyatın robotlaşdırdığı, daha doğrusu ancaq ağılla qərar verməyə vərdiş etmiş bir cəmiyyət görürük. Artıq həyatı yaşamaqdan çox onun haqqında danışmağa üstünlük verən bu ‘modern’ insanlar üçün Giuliana və onun düşüncələrı sadəcə dəlilik əlamətidir. Giuliana da hamı kimi öz tənhalığını yaşayır, amma onun qəribə hərəkətləri hamıda ona qarşı qəribə hislər əmələ gətirir. Ancaq Giuliananı başqalarından ayıran sadəcə bir müddət əvvəl yaşadığı qəzaya görə yaşadığı şokdur. Bəlkə də, hamıda ona qarşı bir ehtiyatkarlıq yaradan da elə bu hadisədir. Film boyunca göstərilən fabriklər kimi ağıl və insanların ağıllı, məntiqli hərəkətlər etməyə olan sevgisi hər kəsi özünü olmadığı biri kimi göstərməyə məcbur edir. Qəzadan sonra əvvəlki həyatına qayıda bilməyən Giuliana həmişə axtarış içərisindədir, xəyal ilə reallığı ayıra bilmir və film boyunca bunu bir çox səhnələrdə görürük. Filmin bir səhnəsində göstərildiyi kimi qarşısında duran insanlar bəzən dumanların arasında yox olurlar.red desert 3 Bütün bunları yaşayan Giuliana başqaları tərəfindən xəstə kimi görülməkdən qorxur və fikirlərini yeni dostu olan biznesmen Corradoya danışmaq üçün belə xəyalında yaratdığı bir şəxsin adından fikirlərini çatdırmağa çalışır.

Giuliananın problemi heç kəsi sevə bilməməsidir. Hər nə qədər çalışsa da bunu bacarmayan Giuliana yuxusunda gördüyü kimi getdikcə daha da dərinə batır. Sadəcə Corrada ilə olan söhbətlərində özünü ifadə etməyə çalışır, amma o da Giuliananı başa düşə bilmir.
Filmin bir yerində oğlu Valerieyə danışdığı nağılda Guialananın nə qədər yalnız, çarəsiz, təcrid olunmuş və sevmək bacarığını itirmiş vəziyyətdə olduğunu görürük.
Amma hər şeyə rəğmən onun ‘qurtulmaq’ və əvvəlki həyatına qayıtmaq cəhdlərini də görməmək mümkün deyil. Corrada ilə olan bir söhbətində xəritədə olan axtarışı Guilananın hələdə ümidlə yaşadığını göstərir.red desert 5

 

Bəlkə də, bu dünyada kiminsə daha yaxşı olacağı bir yer daha var?

Filmin sonlarına yaxın Giuliana bir gəmiyə minməyə çalışır və orda gördüyü bir türkə onu başa düşməsə belə özünü ifadə etməyə çalışır. Bu qədər acınacaqlı vəziyyətdə olan Giuliana bəlkə də sonda oğluna dediyi kimi ‘zəhərli’ havaya öyrəşmiş bir şəkildə həyatına davam edəcək.red desert 1

Advertisements

One thought on “Il Deserto Rosso (1964) / az-maz spoiler

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s