La Notte (1961) / az-maz spoiler

Məşhur italyan rejissor Michelangelo Antonioninin “Incomunicability Trilogy” adlı trilogiyasının ikinci filmi olan La Notte filmində məşhur yazıçı Giovanni Pontano ilə həyat yoldaşı Lidia arasında olan sevgidən və Giovanninin yeni tanış olduğu Valentina adlı gənc qadınla olan münasibətindən danışılır.
Film başlayanda hündür bir binanın bir pəncərəsindən tikilməkdə və inkişaf etməkdə olan Milanı görürük hansı ki, insanlar tərəfindən “müasirləşir” və “gözəlləşir”.

Sonradan ölümlə doğumun eyni yerdə baş verdiyi və son anlarında belə əylənmək istəyən insanların olduğu xəstəxanaya baş çəkirik. Lidia və Giovanni xəstə olan dostları Tommasonu görməyə gəlirlər. Ilk səhnələrdən cütlük arasında olan münasibətlərin yox olduğunu görürük. Köhnə bir dostu ziyarət etmə isə unudulmuş xatirələri yada salmaq üçün gözəl səbəbdi. Hər nə qədər Giovanni Tommaso ilə söhbət etməyə çalışsa da, Tommaso Lidia ilə danışmağa çalışır. Yavaş-yavaş anlayırıq ki, keçmişdə olan bir sevginin qalıqları hələ də özünü göstərməyə çalışır. Bu səhnəyə dözə bilməyən Lidia otağı tərk edir.la notte
Filmin əvvəlində və film boyunca bizə heç vaxt göstərilməyən amma tez-tez söhbətlərdə eyham vurulan hadisələrdən başa düşə bilərik ki, əslində bütün hadisələr çoxdan baş verib biz isə filmdə nəticələri görürük.
Hər nə qədər gözəl görünsələr də, müasir cəmiyyətin bizə verdiyi modern həyat və yeni qaydalar bizi məhv etməyə davam edir. Bir çox yerlərdə cəmiyyətin, insanların getdikcə qəlibləşən, adət halına gələn və hər gün daha da “iyrəncləşən” insanlara qarşı rejissorun reaksiyasını Lidianın hərəkətlərində görə bilərik.
Onu da qeyd etmək lazımdır ki, filmin mərkəzində Giovanni olmasına baxmayaraq Lidia və Valentina obrazları filmi anlamaq üçün daha vacib rol oynayır.
Ancaq gözəlliklərinə görə sevilən və hörmət görən qadınların bacarıqları kişilərin hökmdarlıq etdiyi dünyada məhv olur. Filmin bir yerində Valentina Giovannini özünün fikirlərinin qeyd olunduğu bir səs yazmaya qulaq asdırır. Səsyazmanı sevən Giovanni ona bir dəfə də qulaq asmaq istəyir, amma Valentina hər şeyi silir və kaset silinərkən bütün səslər yox olur və qarışıq səslərin hökm olduğu bir anda minlərlə qadının danışılmamış hekayələrinin yox olduğunu başa düşürük.

Lidia və Giovanninin tamamilə yad insanlar kimi görünməsinə baxmayaraq Lidianın çətin vəziyyətdə Giovanniyə zəng etməsi bəlkə hələ də sönməkdə olan sevgi hissinin birazda yaşyacağını göstərir. Xatirələrin canlandığı köhnə tikililər, bir zamanlar işlək vəziyyətdə olan qatar yolunun torpaq altında qalması Lidia və Giovanniyə uzun illərdi unutduqları
sevgi hissinin əslində necə gözəl bir duyğu olduğunu xatırladır.
Ümumilikdə isə Antonioninin bu filmində uğursuzluğa düçar olmuş münasibətləri və qadınların gözündən onların həyata yanaşmalarını və ətrafda baş verən hadisələrin onlarda necə hislər oyatdığını görə bilərik.la notte

Advertisements

One thought on “La Notte (1961) / az-maz spoiler

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s