Tom Waits / 15 

Əsasən Jim Jarmuschun filmlərindəki mahnıları ilə tanıdığım Tom Waits son vaxtlar ən sevdiyim müğənnilərdən biridi. Yəqinki Tom Waits haqqında Vikipediya və başqa mənbələrdə bolluca məlumat tapa bilərsiniz. Bu yazıda isə“blues”, “rock”, “avant-garde”, “jazz”, “experimental”, “folk” janrlarında ifa etmiş bəstəkarın zəngin musiqi aləmi ilə sizi bacardığım qədər yaxından tanış etməyə çalışacam.

the black rider
The Black Rider, 1993

15.”Just the Right Bullets”

Tom Waits “The Black Rider” albumunu ‘underground’ yazıçı William S. Burroughs və ‘avant-garde’ rejissor Robert Wilson ilə birlikdə hazırlayıb. Album 19-cu əsr Alman hekayəsinə əsaslanaraq hazırlanıb. Hekayədə bir katiblə şeytanın saziş bağlamasından söhbət gedir. “I’ll Shoot the Moon” albumun ən məşhur mahnılarından biri olmasına baxmayaraq “Just the Right Bullets” heç də ondan dala qalmır.

Closing Time, 1973

 14.”Little Trip to Heaven”

İlk album. Bluz, jazz, və valtz. “Closing Time” albumunda ilk illərin nişanəsini, Waits’in həzin səsini tapa bilərsiniz. Yorucu bir günün sonunda rahatlığı axtardığınız bir vaxtda bəlkədə qulaq asa biləcəyiniz mahnılardan biridir “Little Trip to Heaven”.

rain dogs
Rain Dogs, 1985

13.”Rain Dogs”

Trilogiyanın 2-ci albumu olan “Rain Dogs” Waits’in ən yaxşı albumlarından biridir. Albumda gecə həyatının qəddar tərəflərdindən küçə filosoflarına qədər hər şey əhatə olunur. “Rain Dogs” albumu Waits’in illər ərzində mahnılarında yaratdığı bütün obrazların simvoludur – yağışa görə evə gedən yollarını itirmiş “heyvanlar”.

Swordfishtrombones
Swordfishtrombones, 1983

12.”In The Neighborhood”

Waits’in jazzdan ayrıldıqdan sonra özünün hazırladığı ilk album olan “Swordfishtrombones”, həm də trilogiyanın ilk albumudur. Bu albumla insanlar Waits’in səsinin qeyri adiliyi ilə  tanış olmağa başladılar.

real gone
Real Gone, 2004

11.”Hoist That Rag”

Off-road macəralarına olan marağı Waits’i tamam başqa yerlərə aparır. Bu albumunda fərqli bir ruh yaşayır və qulaq asanlara da eyni hissləri yaşadır. Yamayka rock’u, fərqli bluzlar, Afrika və Latın melodiyaları və tamamilə pianosuz bir Waits albumu. Bu mahnıya albumdakı ən yaxşı mahnı demək olmaz, amma haqqında danışdığımız ruhu yaşadacaq qədər yaxşıdı.

small change
Small Change, 1976

10.”Tom Traubert’s Blues”

Kopenhagendə bir televiziya programında Waits Danimarkalı müğənni və violonist Mathilde Bondo ilə tanış olur və proqramdan sonra şəhər gəzintisinə çıxırlar və həmin gecə durmadan valtz oynayırlar. Tom Waitsin bir intervyusunda dediyi bu sözlər mahnı haqqında olan versiyalardan biridir. Bəlkədə ən ürəyəyatanıdı.

…waltzing Matilda, waltzing Matilda…

rain dogs
Rain Dogs, 1985

9.”Downtown Train”

“Rain Dogs” albumundan qeydə dəyər mahnılardan biri. 1989- cu ildə Rod Stewart tərəfindən cover olunduqdan sonra hitə çevrilən mahnı o illərdə əksər cədvəllərdə birinci yeri tutdu. Amma kim tərəfindən cover olunursa olunsun Waits’in öz ifası daha gözəldi.

frank wild years
Frank Wild Years, 1987

8.”Hang On St. Christopher”

Frankın hekayəsinin danışıldığı “Frank Wild Years” albumu trilogiyanın üçüncü albumudur. 1-ci və 2-cilər isə yuxarıda qeyd etdiyimiz kimi “Swordfishtrombones” və “Rain Dogs” albumlarıdır. “Hang On St.Christopher” mahnısı isə hekayənin başlanğıcıdır.

The Heart of Saturday Night, 1974
The Heart of Saturday Night, 1974

7.”The Heart of the Saturday Night”

Waits’in ikinci albumu olan “The Heart of the Saturday Night”-ı dinlədikcə Tom’un öz bacarıqları üzərində işlədiyi sezilir. Cover şəkli Frank Sinatra’nın “In the Wee Small Hours” albumunun şəklinə əsasən hazırlanıb və albumun “The Heart of Saturday Night” mahnısı isə Jack Kerouac’a həsr olunub.

rain dogs
Rain Dogs, 1985

6.”Jockey Full of Bourbon”

Experimental rock janrında olan bu mahnı əvvəlki yazımızda bildirdiyimiz kimi Jim Jarmusch’un  “Down by Law” filmində soundtrack olaraq istifadə olunub. Waits’in demək olar ki, ‘pıçıldayaraq’ oxuması mahnıya ayrı bir abu-hava qatır, amma hər ehtimalda bu qədər məşhur olmasını biraz Jim Jarmusch’a borcludu.

rain dogs
Rain Dogs, 1985

5.”Gun Street Girl”

Bütün yaxşı Tom Waits mahnıları kimi “Gun Street Girl” mahnısı da dinləyicini başqa bir dünyanın içində həbs eləyir hansı ki, mahnı bitəndə ordan çıxmaq belə istəməyəcəksiniz.

frank wild years
Frank Wild Years, 1987

4.”Temptation”

Waits’in Meksikaya olan davamlı gəzintilərinin izlərini bu mahnıda ‘görmək’ olar. Möhtəşəm ifa və arabir aydın şəkildə sezilən Latın ‘rəngləri’. Hər dəfə yeni bir mahnıya qulaq asanda Waits’in səsinin sərhədlərini başa düşmək olmur; hər mahnının, hər sözün özünə məxsus bir ruhu var hansı ki, hər dəfəsində daha çox özünü biruzə verir.

Night On Earth: Original Soundtrack Recording, 1992
Night On Earth, 1992

3.”Back in The Good Old World”

Album Jim Jarmusch’un “Night on Earth” filmi üçün hazırlanıb. “Back in The Good Old World”isə albumun ən sevdiyim mahnısıdı.

blue valentine
Blue Valentine, 1978

2.”Christmas Card From a Hooker in Minneapolis”

“Waits’in Unudulmaz Mahnıları” adlı bir list hazırlasaq inanın ki, bu mahnı mütləq o listdə öz yerini alacaq. Bəlkədə çox şişirdirəm yada halhazırda mahnının təsiri altındayam bunu dəqiq deyə bilmərəm, amma bu mahnı çox qeyri-adi bir işdi. Normalda mahnının C.Bukowski`nin bir əsərinə əsasən yazıldığı deyilir, ancaq Waits’in daha dəyərli bir iş ərsəyə gətirdiyini inkar eləmək olmaz.

bloody money
Bloody Money, 2002

1.”All The World Is Green”

“Bloody Money” albumu Alman şairi Georg Buchner’in “Woyzeck” tamaşasına əsasən yazılıb. Olmuş hadisələrə əsaslanaraq yazılan tamaşada üstündə tibbi eksperimentlər aparılan alman əsgəri yaşadığı psixi narahatlıqlara görə öz sevgilisini öldürür. Tom Waits album haqqında deyir: “…Mən çirkin şeyləri deyən gözəl mahnıları sevirəm və biz hamımız gözəl ağızdan çıxmış pis xəbərlər kimiyik…”

© mənbələr: popmatters.com | tomwaits.com

Advertisements

3 thoughts on “Tom Waits / 15 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s