Killer of Sheep (1978) / az-maz spoiler

Rejissor: Charles Burnett

Senarist: Charles Burnett

Rollarda:  Henry G. Sanders, Kaycee Moore, Charles Bracy və başqaları.

Amerikanın bir küncündə yaşamağa və öz ailəsini bacardığı qədər yaxşı bir şəkildə saxlamağa çalışan afroamerikanların kasıblıqla olan mübarizəsi. 

KILLER OF SHEEP (1977)
Kids in the lot in a rock fight in the film KILLER OF SHEEP, a Milestone Film & Video release.

Film Stan’ın həyatına fokuslanmış bir şəkildə əksər afroamerikanların həyatını göstərir. Stan krantı düzəldir, ev üçün bəzi işləri görür, durmadan işləyir və uşaqlarını böyüdür. Bütün bu şeylər ona həyatdan zövq almağa icazə vermir, ailəsi üçün olan qayğıları, narahatlıqları onu ailəsindən uzaqlaşdırır. Film boyunca bəzi adamlar ondan niyə görə gülmədiyini soruşur, cavab isə heç vaxt eşidilmir. Çünki bunu düşünmək belə onun üçün mənasızdı. Həyat yoldaşı onu durmadan sevindirməyə , “həyata qaytarmağa” çalışır, amma o sadəcə ailəsinə daha yaxşı bir həyat vermənin ümidi ilə yaşayır.

KILLER OF SHEEP (1977)

Filmin bir yerində qəhvə içdiyi zaman yanağında hiss elədiyi qəhvənin istisi ona sevgilisinin nəfəsini xatırladır, amma o heç vaxt sevgilisinə yaxın getməyi belə fikirləşmir.
Öz dəyərləri ilə yaşamağa çalışan bu insanların həyat qarşısında demək olar ki, heç bir şansları yoxdu. Kasıb olmaq onlara hər yerdə varlığını hiss etdirir və hər bir zərbədə onlara “hey, mən burdayam, əylənmək və ümidlər bəsləmək üçün hələ tezdi” deyir.
Onuda qeyd etmək lazımdır ki, filmdə hər bir şeyi belə gözəl izah etmək hər bir rejissora nəsib olmur. Bunu rejissorun bacarıqlarından çox ekrana köçürtdüyü həyata olan doğmalığı ilə əlaqələndirmək olar. Charles Burnett də filmdə gördüyümüz uşaqlar kimi “müharibə”lərdə iştirak etmiş, qatarlara daş atmış və dostlarının qayğısına qalmış bir afroamerikandı, onun taleyi bəlkədə biraz üzünə güldüyü üçün bu həyatı ekrana köçürtmək və insanlara çatdırmaq şansı olub.
*Filmdə rejissorun çox gözəl musiqi zövqü ilə də tanış oluruq. Mahnılar kinodakı hadisələri sadə və həzin bir şəkildə müşayiət edir. Onu da qeyd etmək lazımdır ki, 10000$ – a başa gələn bu film üçün mahnıların hüquqlarını almağa rejissorun büdcəsi əl verməyib buna görə də film çoxda məşhurlaşa bilməyib.

Qeyd: bu qeydlər məşhur kino tənqidçisi Roger Ebertin yazısından təsirlənərək yazılmışdır.

©mənbə: imdb.com (şəkillər)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s