Vivre Sa Vie: Film en douze tableaux (1962) / az-maz spoiler

Rejissor: Jean Luc-Godard

Senarist: Marcel Sacotte (kitab), Jean Luc-Godard

Aktyorlar: Anna Karina, Sady Rebbot, André S. Labarthe

“Hər şeyini bölüşsəndə özünü həmişə özünə saxla”
Montaigne

Godardın bir qadının həyatını danışan 12 bölümdən (hissədən) ibarət filmi.

İlk öncə filmin mövzusunu bir neçə sözlə, qısa şəkildə, izah edək: Nana 22 yaşlı, ailəli bir fransız qadındı. Həyat yoldaşına və uşağına rəğmən öz qərarlarına bağlı bir şəkildə həyatını yaşamaq istəyir və film boyunca onu təqib edən kamera onun hər verdiyi qərarı və hər qərarın səbəb olduğu nəticələri bizə göstərir.

Hər şeydən əvvəl filmə baxdıqdan sonra o dövrdə qadınlar və onların cəmiyyətdəki yerləri haqqında yaxşıca fikir sahibi olmaq olar. (Düzü, mən inanıram ki, artıq hər kəs bu haqda fikir sahibidi) Nana həyatında qərarları özü verir və baş verəcək hər bir şeyin məsuliyyətinin

Vivre Sa Vie
Anna Karina in My Life to Live

də özündən asılı olduğunu çox gözəl başa düşür. Varlanmaq və rahat həyat yaşamaq istəyinə qapılaraq aktrisa olmaq istəyir və bu baş tutmadıqdan sonra başqa-başqa işlərə əl atır və ən sonda qərarları onu Parisin küçələrinə aparır, şansını bir də burda yoxlamaq istəyir, amma tərslikdən həmişə səhv qərarlar verir yada işlər tərs gedir. Bəzən bütün tərsliklərin bir müddətdən sonra düzələcəyinə inanır, buna görədə bəzən hər şeyi öz axarına buraxır amma hər bir hadisə özüylə bərabərində bədbəxtliklər gətirir və hər cəhd onu biraz da dərinə aparır. Artıq fahişəliyə öyrəşdiyi bir anda güzgüdə özünə baxır; kafedə həyat yoldaşı ilə vidalaşdığı vaxtda güzgüdə gördüyü, bir zamanlar fərqli (özəl) olmağı arzulayan simanın artıq hamının sahib olduğu amma heç kimin sevmədiyi bir insana aid olduğunu dərk eləyir.

“Hər şeyini bölüşsəndə özünü həmişə özünə saxla”

Filmin əvvəlində yazılan bu sözlər artıq burda məna qazanmağa başlayır. Ən sonda bədənini satmağa qərar verən Nana sonda ruhunu da bədəniylə bir yerdə itirir.

Vivre Sa Vie 1
Anna Karina in My Life to Live

Bölümlərdən birində kafedə yaşlı bir ilə olan söhbətdə kişi Hegeldən sitat gətirir: “Həyatda hamı səhvləriylə yaşayır, əsas olan bu səhvlərin öhdəsindən gələ bilməkdir”. Bu sözlər Nanaya bəlkə hələdə bir ümidinin olduğunu və istədiyi həyata çatmaq üçün hələ gec olmadığını başa salır, onu sevən biri ilə yenidən həyatına başlamağa qərar verir, amma yenə heç bir şey düşündüyü kimi olmur. Artıq sonlara yaxın bir şeyi çox yaxşı başa düşmək olur ki, hamı öz həyatını yaşayırmış kimi görünsədə, bir çoxlarımızın həyatı başqaları tərəfindən idarə olunur.

Filmin əvvəllərində Nana kinoteatrda “The Passion of Joan of Arc” filminə baxır, orada Janna D’arc kişilərin hegemon olduğu bir dünyada həyatını öz dəyərlərinə və qərarlarına bağlı bir şəkildə yaşamağa çalışır və əzablarla üzləşir; Dreyerin filmində olduğu kimi Nananın həyatında da qadınlar kişilərin hakimlik etdiyi bir dünyada yaşayırlar və nə qədər planlar qurulursa qurulsun hər bir kəs (qadın) başqalarının (kişilərin) yönləndirdiyi tərəfə getməyə məhkumdur.

©mənbələr: imdb.com (şəkillər)

Advertisements

8 thoughts on “Vivre Sa Vie: Film en douze tableaux (1962) / az-maz spoiler

    1. malikazadli says:

      Salam Paul,
      Bu səmimi sözləri çox xoşdu) Bu yazı mənim ilk yazılarımdan biridi və sənin rəyin mənə yeni yazılar yazmaq üçün ilham verdi.

      P.S. Hisslərini və düşüncələrini azərbaycan dilində yazmağını təqdir eləyirəm)

      Hi Paul,
      It is good to read this frank words) This is one of my first writings, and your reply inspired me to go on.

      P.S. I appreciate your effort to express your feelings and thoughts in Azerbaijani)

      Liked by 1 person

      1. paulydeathwish says:

        Çox sağ olun! Mən bu gün əvvəl Azərbaycan yazılı görməmişdi.
        İnşallah Azərbaycan dili özümü öyrətmək üçün olan bir kitab tapa bilərsiniz. Bu, mənim Azərbaycanda bir dost üçün bir şərəfdir ! Salam 🙂 –Paul

        Like

      2. malikazadli says:

        Azərbaycan ədəbiyyatında çoxlu önəmli yazıçılar var, amma başlanğıc üçün hekayələr oxumağınızı məsləhət görürəm. Ümumi olaraq isə İsmayıl Şıxlı (Ismayil Shixli), Yusif Vəzir Çəmənzəminli (Yusif Vazir Camanzaminli), Yusif Səmədoğlu (Yusif Samadoglu) kimi yazıçıları oxumağınızı məsləhət görürəm.

        http://www.anl.az/el/alf25/shi_se1.pdf

        Bu kitabda İsmayıl Şıxlının “Ölən Dünyam” kitabını tapa bilərsiniz hansı ki, mənim çox sevdiyim kitablardan biridir.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s