Baxılması vacib 10 səssiz film

Hamımızın bildiyi kimi kino sahəsi keçmişdə bu gün olduğu qədər inkişaf etmiş texnologiyalardan istifadə etmirdi. Lumyer qardaşları ilə başlayan bu incəsənət sahəsi ilk əvvəllər səssiz filmləri ilə məşhur idi. Hətta 1920-ci illərin sonlarına yaxın insanlar səsli filmlərin seviləcəyini qəbul etmək belə istəmirdilər. Halhazırda vəziyyətin tam əksinə olmağına baxmayaraq 1 əsr əvvələ aid olan dəyərli və baxılmalı olan filmlər var. Gəlin bu filmlərlə tanış olmağa çalışaq.

1.The Passion of Joan of Arc (1928)

Rejissor: Carl Theodor Dreyer

joan
Maria Falconetti in The Passion of Joan of Arc (1928)

Bəlkədə filmin ən üstün cəhəti insanların ətrafda baş verənlərə olan reaksiyasını rahatlıqla görə bilməyimizdir. Janna Dark sorğulanır, sualların, baxışların altında əzilir və anbaan onun hər şeyə olan reaksiyasınızı görürsünüz, sözlərin necə zəif, hisslərinsə necə güclü olduğunu görürsünüz.

2.City Lights (1931)

Rejissor: Charles Chaplin

chaplin
Charles Chaplin in City Lights (1931)

Səsli filmlərin yavaş-yavaş məşhurlaşmağa başladığı bir dövrdə Chaplin hələdə səssiz filmlə yaxşı işlərin görülə bildiyini göstərir. Gözləri görməyən qıza özünü varlı kimi tanıdan Tramp onun sağalması üçün hər şeyi etməyə çalışır. Bəlkədə kino tarixinin ən gözəl səhnələrindən biri ola biləcək son səhnədə isə Chaplinin səmimi bir gülümsəməsi filmi unudulmaz edir.

3.Man with a Movie Camera (1929)

Rejissor: Dziga Vertov

man-with-a-movie-camera
Man with a Movie Camera (1929)

O dövrlərin ən yaradıcı işlərindən biri də demək olar. Qısa bir şəkildə desək filmdə sadəcə Rusiyanın şəhərlərindən birində insanların günlük həyatını görmək mümkündür. Amma filmi maraqlı edən hər şeyin real olmasıdı; senarisiz, dialoqsuz bir film. Sadəcə insanlar və onların günlük həyatları. Həyatımız bizə bəzən maraqlı gəlməsədə bir qrup insanın həyatı həddindən artıq maraqlıdır.

4.The Wind (1928)

Rejissor: Victor Seastrom

wind
Lillian Gish in The Wind (1928)

Qohumu ilə yaşamaq üçün Texas’a gedən Letty tamamilə yad bir həyatın içinə düşdüyünü başa düşür. Insanların bir- birinə olan münasibəti, qohumunun həyat yoldaşı, Cora, tərəfindən sevilməməsi Letty’nin həyatını yaşanmaz hala gətirir. Səssiz filmin son dövrlərinə tuş gələn bu filmin sonluğu əksər kinosevərlər tərəfindən bəyənilməsədə ümumilikdə film ən yaxşı səssiz filmlərdən biri olaraq dəyərləndirilir.

5.Metropolis (1927)

Rejissor: Fritz Lang

Metropolis Year: 1927 - Germany Rudolf Klein-Rogge Brigitte Helm Director: Fritz Lang Photographer: Horst von Harbou. It is forbidden to reproduce the photograph out of context of the promotion of the film. It must be credited to the Film Company and/or the photographer assigned by or authorized by/allowed on the set by the Film Company. Restricted to Editorial Use. Photo12 does not grant publicity rights of the persons represented.
Brigitte Helm and Rudolf Klein-Rogge in Metropolis (1927)

27-ci il, səssiz film və “science-fiction”. Nə qədər qəribə səslənsədə, Fritz Lang’ın bu müvəffəqiyyətli işi bəlkədə kino tarixinin ilklərindən biridir. Yüksək texnologiyanın hökm sürdüyü Metropolisdə kənardan hər şey yaxşı və cəzbedici görünür, ancaq bu dünyanın da gözdən kənarda qalan sıxıcı, yorucu və monoton bir həyatı var. İllər ərzində bundan xəbərsiz olan Freder işçilərin də rahat bir həyata layiq olduğuna inanır və bu məqsədi uğrunda şəhərin sahibi olan atası ilə mübarizə aparır.

6.The General (1926)

Rejissor: Clyde Bruckman & Buster Keaton

the general
Buster Keaton in The General (1926)

Həyatında sadəcə iki şeyə – qatarına (General)  və sevgilisinə əhəmiyyət verən Johnnie müharibədə əsgər olaraq iştirak etmək müraciətlərinə mənfi cavab aldıqdan sonra sevgilisi və onun ailəsi tərəfindən qorxaq adlandırılır. Yeganə dostu olan General’ın oğurlandığını öyrəndikdən sonra addımbaaddım onu izləyən Johnnie dostundan ayrılmamaq üçün hər yola əl atır.

7.Battleship Potemkin (1925)

Rejissor: Sergei M. Eisenstein

potemkin
Battleship Potemkin (1925)

Əsgərlərə verilən keyfiyyətsiz ətə və tərəvəzlərə görə Potyomkinin heyəti etiraz etməyə qərar verir və bu üsyan ağır nəticələrə səbəb olur. Eisensteinin ən məşhur filmi olan “Battleship Potemkin” Odessada baş verən hadisələrin ildönümünə həsr olunub.

8.Earth (1930)

Rejissor: Aleksandr Dovzhenko

EARTH-film-still-008
Earth (1930)

Ukranyada bir qrup kəndli birləşərək traktor almaq qərarına gəlirlər. Halbuki kənd rəhbərliyi bu tip bir birləşmənin hər hansısa üsyana gətirib çıxaracağından ehtiyatlanaraq onlara qarşı gəlir. Çəkildiyi illərdə Sovet Rusiyasında olan senzuraya görə rejissor bəzi səhnələri kinodan çıxartmağa məcbur olub. Buna baxmayaraq film hələdə öz effektivliyini saxlaya bilib.

9.The Cabinet of Dr. Caligari (1920)

Rejissor: Robert Wiene

dr.caligari
Lil Dagover, Werner Krauss, and Conrad Veidt in The Cabinet of Dr. Caligari (1920)

Qanuni şəkildə icazələri aldıqdan sonra Dr. Caligari özünün 23 il yatan dostu Sezarı oyadıb öz tamaşasını göstərməyə hazırlaşır. Tamaşaya gələn Francis və onun dostu Alan Sezardan Alan’ın  gələcəyi barəsində məlumat almaq istəyirlər. Sezar Alan’ın bu gecə öləcəyini deyir və həmin axşam Alan ölü vəziyyətdə tapılır. Bütün bu hadisələrdə bir cinayət izi olduğunu görən Francis qatili tapmağa çalışır.

10.Sunrise: A Song of Two Humans (1927)

Rejissor: F.W. Murnau

Sunrise (1927)
Janet Gaynor and George O’Brien in Sunrise (1927)

Xoşbəxt ailəsi və həyatı olan bir fermer şəhərdən gələn bir qadınla eşq macərası yaşamağa başlayır. Bir müddətdən sonra şəhərli qadın ona həyat yoldaşını atıb onunla şəhərə gəlməsini istəyir. Bu fikirlə razılaşan kişi sonradan tərəddüd içərisində qalır və öz keçmiş həyatını yenidən qurmağa çalışır.

©mənbə: theguardian.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s